BaşlıcaSiyasət

Marina Kalyurand Avropa Komissiyasının Azərbaycanın təcavüzünün qarşısını almaq üçün daha konkret addımlar atacağını  ehtimal edir

Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri ilə əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri, deputat Marina Kalyurand Ermənistanın Avropa İttifaqının dəstəyinə indi həmişəkindən daha çox ehtiyacı olduğu qənaətindədir.

 Marina Kalyurand bu haqda  Brüsseldəki müxbirinə müsahibəsində deyib.

Onun sözlərinə görə, humanitar fəlakətdən çıxmaq üçün Ermənistana AB-nin həm maliyyə, həm də siyasi dəstəyi lazımdır.

Avropa Birliyinin Ermənistana təhlükəsizlik təminatı verməyə nə dərəcədə hazır olması məsələsinə gəlincə, Kalyurand qeyd edir ki, bu, Ermənistan rəhbərliyinə ünvanlanmalı olan sualdır, bir çox qərarları Ermənistanın özü verməlidir.

AŞ üzvü onu da qeyd edib ki, Avropa Parlamenti öz addımını atıb, Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə, AB-Azərbaycan münasibətlərinə yenidən baxmağa çağırıb.

O, əlavə edib ki, növbə Avropa Komissiyasındadır və ondan daha konkret addımlar  ehtimal edir.

Daha çox göstər
Back to top button