BaşlıcaEkonomika

Ermənistan malları üçün Rusiya bazarının bağlanması ehtimalı əsassızdır: Paşinyan

Ermənistan malları üçün Rusiya bazarının bağlanması ilə bağlı ehtimallar əsassızdır.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yerli “İctimai Televiziya”ya müsahibəsində bildirib.

“Rusiyaya girişin bağlı olması, bağlanacağı və ya Rusiya bazarının bizim üçün bağlanacağı ilə bağlı fərziyyə haradan qaynaqlanıb? Biz Avrasiya İqtisadi Birliyinin üzvüyük və iqtisadi əlaqələrimiz tənzimlənir”, – deyə Paşinyan bildirib.

Ermənistanın hökumət başçısı Rusiyaya erməni konyakının tədarükü ilə bağlı problemlərin yaranması barədə xəbərləri də təkzib edib.

Daha çox göstər
Back to top button