BaşlıcaSiyasət

Putinlə ilk görüşümüzə dair sirr açmaq istəyirəm: Paşinyan

“Rusiya prezidenti ilə mənim aramdakı ilk görüşlə bağlı bir sirri açmaq istəyirəm”.

Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində deyib.

“2018-ci ildə, Soçidə, səhv etmirəmsə, may ayında idi. O, mənə dedi ki, Rusiyanın müxtəlif ölkələrin işlərinə qarışması, suverenliyinə daim xələl gətirməsi və s. haqqında çoxlu şayiələr olduğunu bilir. Həmin gün o, Ermənistan Respublikasının suverenliyinə, müstəqilliyinə və qərar qəbul etmə azadlıqlarına qeyd-şərtsiz hörmət etdiyini təsdiqləyib. Biz indi münasibətlərimizi həmin müqavilələr əsasında qururuq. Biz heç nəyi dəyişmirik və heç bir öhdəliyimizdən imtina etmirik”.

Daha çox göstər
Back to top button