BaşlıcaSiyasət

RF XİN-i Yerevan  və Bakını hərbi əsirləri tamamilə dəyişməyə çağırıb

Hazırda Azərbaycanla Ermənistan arasında “hamını hamıya qarşı” prinsipi ilə əsirlərin mübadiləsi üçün yaxşı şərait yaradılıb.

 “RİA Novosti”yə istinadən bu barədə Rusiya Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumatlandırıb.

“Biz ondan çıxış edirik ki, istənilən vəziyyətdə saxlanılan şəxslərə humanitar hüquq normaları tətbiq edilməlidir. Biz dəfələrlə tərəfdaşlarımızı ikitərəfli və üçtərəfli formatda “hamnıhamıya qarşı”  prinsipi əsasında əsirlərin mübadiləsini başa çatdırmağa çağırmışıq.

İndi, fikrimizcə, bu şərtlər üçün olduqca yaxşı vaxt çatıb”- deyə Zaxarova brifinq zamanı  bildirib.

O, əlavə edib ki, Moskva bu məsələnin uğurlu həllinə ümid edir.

Daha çox göstər
Back to top button