BaşlıcaSiyasət

“3+3”dən ehtiyatlı olmalıyıq:  ekspert Əliyevin bu platformanı aktivləşdirmək cəhdlərini təhlükəli hesab edir

“3+3” platformasında müzakirələr aparıla bilər, lakin bu formatda heç bir razılaşma qeydə alınmamalıdır.Ekspertlər “Radiolur”la söhbətində Ermənistanın Baş nazirinin Yürüvan regional platformalarda müzakirələrə hazır olması barədə bəyanatına istinad edərək xəbərdarlıq edirlər.

Regionda “3+3” formatının həyat qabiliyyəti və effektivliyi ilə bağlı fikirlər sanki günü-gündən güclənir. Son günlər Azərbaycan prezidenti bu platformanın canlandırılması üçün səylər göstərir.

Əgər əvvəldən, üç il əvvəl Gürcüstan Rusiya ilə problemlərə görə həmin formatın əleyhinə idisə, bu günsə onun bərpası üçün yeni cəhdlər və ölkələrin hazırlığı nəsə  sanki başqa şey xatırladır.

Yeni hadisələrdən danışan politoloq Gurgen Simonyan xəbərdarlıq edir:

“Bu, üzləşdiyimiz və daim ortaya çıxan təhlükələrdən biri hesab oluna bilər. Çünki aydındır ki, bu “3+3” vəziyyətində heç bir şəkildə əlverişli ola  bilməyəcək yeganə dövlət Ermənistandır məhz buna görə də çəkinməliyik.

Odur ki,  biz həmin platformda  razılığa gəlməkdən  bitərəf qalmalıyıq.

Ermənistanın o platformada hər hansı bir nəticəsini gözləmək lazım deyil, çünki o, Ermənistana qarşı yaradılıb”.

Maraqlıdır ki, dünən bu platformadan imtina edən Gürcüstan bu gün belə müzakirələrin əleyhinə deyil, üstəlik, Ermənistanla Azərbaycan arasında məsələlərin müzakirəsi üçün vasitəçi olmağa belə hazırdır.

Təsadüfi deyil ki, Azərbaycan prezidenti bu platformanı xatırladı, İrandakı görüşlər zamanı “3+3” formatında görüşlərin tez bir zamanda keçirilməsinin vacibliyini xüsusiylə  vurğuladı.

Bu açıqlamadan dərhal sonra Tbilisiyə səfər edən Əliyev Gürcüstanın Baş naziri Qaribaşvili ilə görüşündə Gürcüstanda Ermənistanla münasibətlərin tənzimlənməsinə dair ikitərəfli və üçtərəfli danışıqların aparılacağını istisna etməyib və Qaribaşvili buna müsbət cavab verib.

Bu müzakirələr Ermənistanla əlavə dəqiqləşdirmələr aparılmadan baş tutub.

Mövzu digər “3+3” formatlı ölkələr üçün dəaktualdır. Rusiya və İranın Xarici işlər nazirləri adi telefon danışığında Moskva və Tehranın da “3+3” formatında danışıqların tərəfdarı olduqlarını vurğulayıblar.

 Bundan əvvəl, təxminən iki həftə əvvəl Rusiya və İran prezidentləri regional platformanın aktivləşdirilməsinə maraq göstərmişdilər.

ER Baş nazirinin də açıqlaması var. Nikol Paşinyan İctimai televiziyaya müsahibəsində bildirib ki, Ermənistan “3+3” formatında işi davam etdirməyə hazırdır.

“Əlbəttə, biz hazırıq və bunu qiymətləndiririk. Və elə olmamalıdır ki, Ermənistan davamlı olaraq uzaq yerlərdə regional gündəliyi müzakirə edir və bu regionda müzakirə etməsin.

Biz əlbəttə ki, beynəlxalq ictimaiyyəti, bütün tərəfdaşlarla tərəfdaşlığımızı başa düşürük. çox önəmlidir, amma birdən-birə regionumuzda belə təəssürat yaratmamalıyıq ki, bizim region ölkələrinə və münasibətlərinə belə deyək ki, istehzalı münasibət bəsləyirik.

“3+3”-ün təsis toplantısı keçiriləndə müəyyən prinsiplər əsasında bir razılaşma əldə olunub. Biz bu formatda işi davam etdirməyə hazırıq.

Onu da deyim ki, biz o formatı dəyərləndiririk.Həmçinin, vaxtında razılıq əldə olunub ki, “3+3” formatında növbəti görüşün Tehranda keçirilməsi keçirilməsi nəzərdə tutulur”.

Baş nazirin bu istəyini şərh edən politoloq Gurgen Simonyan hesab edir ki, imtina səhv başa düşüləcək və yanlış şərh olunacaq.

“Əgər ER razılaşmasaydı, onda  bu bəhanə ola bilərdi və bu halda  deyərdilər  ki,ER  danışmaq istəmir onda  güc vasitəsiylə həll edəcəyik. biz bunu güc yolu ilə həll edəcəyik.

Baş nazir Paşinyan xatırladıb ki, məsələn, Azərbaycanın Qranada görüşündə iştirakdan imtinasına işarə edərək, Ermənistana görə görüşün keçirilməməsi halı hələ olmayıb.

Onun fikrincə, bu o deməkdir ki, Bakı görüşləri başqa platformaya keçirməklə razılaşdırılmış prinsipləri neytrallaşdırmağa çalışır.

Gurgen Simonyan hesab edir ki, Yerevan Türkiyənin təşəbbüsü ilə yaradılan “3+3” platformasının istənilən konkretləşdirilməsindən mümkün qədər çəkinməlidir.

Bu format Türkiyə-Azərbaycan tandeminin təşəbbüsü ilə 2020-ci ilin 44 günlük müharibəsindən sonra yaradılıb və ilk görüşdən təxminən bir il sonra ölkələr arasında ziddiyyətlər olduğundan onun gələcəyinin olmadığı artıq bəlli idi.

Politoloqun fikrincə, bu gün də demək olar ki, bu platformanın həyatı olmayacaq, çünki Azərbaycan bu platforma vasitəsilə maksimumu əldə etmək istəyir və ola bilsin ki,səbəbi bu idi ki,  Əliyev Qranadaya getmədi.

Daha çox göstər
Back to top button