Avropa Şurası Parlament Assambleyası (AŞPA) Dağlıq Qarabağdakı humanitar vəziyyəti təcili olaraq müzakirə edir. Hesabatı Domaqoy Hajduković (Xorvatiya) təqdim edib.
Son iki həftə ərzində on ay davam edən humanitar böhrandan və 2023-cü il sentyabrın 19-dan Azərbaycan tərəfindən başltılan hərbi əməliyyatdan sonra 100.600-dən çox erməni Dağlıq Qarabağı tərk edib.
AŞPA-nın məlumatına görə, aydındır ki, Azərbaycanın bu regionun bütün sakinlərinin hüquq və azadlıqlarını qorumaq, erməni əhalisinin hüquqlarına və onların təhlükəsizliyinə hörmətin təmin edilməsi üçün hər şeyi etmək məsuliyyəti və öhdəliyi var.
2023-cü il sentyabrın 19-dan sonra baş vermiş, demək olar ki, bütün əhalini öz ata-baba yurdunu tərk etməyə məcbur edən faciəli hadisələrdən təəssüflənərək, etnik təmizləmənin bir çox aspektləri ilə bağlı şübhələr doğuran hesabatda Azərbaycanı birmənalı şəkildə, erməni əhalisinin Dağlıq Qarabağa qayıtmasını təmin etməyə və onların hüquqlarını müdafiə etməyə hazır olduğunu nümayiş etdirərək real və təcili tədbirlər görməyə çağırır.
Beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının regiona təcili daxil olması ilk addım olacaq.
Nəhayət, hesabatda ermənilərin öz vətənlərindən məcburi köçürülməsi nəticəsində yaranmış ağır humanitar vəziyyətə toxunulur və Ermənistana, o cümlədən Avropa Şurasının fəaliyyəti ilə dəstək verilməsinin zəruriliyi vurğulanır.