Başlıcaİctimaiyyət

AŞPA-nın sessiyası çərçivəsində Azərbaycanda siyasi məhbuslar mövzusunda dinləmələr keçirilib

“Qubad İbadoğlunun həbsi və Azərbaycanda siyasi məhbusların vəziyyəti” oktyabrın 11-də Strasburqda Parlament Assambleyasının payız sessiyası çərçivəsində keçirilən “paralel tədbir”in mövzusu olub.

Dinləmələri Azərbaycan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) bir sıra assambleya üzvləri ilə birgə təşkilatçılığı ilə keçirilib.

Qubad İbadoğlunun işi barədə məlumat verən İbad Bayramov, atasına qarşı ittihamların uydurma olduğunu, istintaq prosesinə cəlb edilən şahidlərin saxta məlumatlar verdiyini deyib.

“Saxta ittihamlarla həbs edilən təkcə Qubad İbadoğlu deyil. Azərbaycanda hazırda 200-dən çox siyasi məhbus var. Bu rəqəmlər davamlı olaraq artır və ölkədə bununla bağlı monitorinq aparacaq müstəqil təşkilat yoxdur. Çünki bu təşkilatlar ya ölkəni tərk edib, ya da onların fəaliyyəti qadağan edilib. Hazırda geniş spektri əhatə edən insanlar siyasi baxışlarına görə həbsdədir”, İbad Bayramov vurğulayıb.

Tədbirdə çıxış edənlər vurğulayıb ki, Qubad İbadoğlunun həbsi onun siyasi fəaliyyəti, korrupsiyaya dair araşdırmaları və siyasi hakimiyyətə tənqidi mövqe tutmasından irəli gəlir.

Avropa Stabillik Təşəbbüsü beyin mərkəzinin direktoru Gerald Knaus çıxışı zamanı Azərbaycanda siyasi məhbuslarla bağlı Kristof Ştrasserin hazırladığı hesabatdan 10 il keçməsinə baxmayaraq, Azərbaycanda siyasi məhbus problemi, siyasi motivli həbslərin davam etdiyini deyib.

Daha çox göstər
Back to top button