Başlıcaİctimaiyyət

Dağlıq Qarabağ erməniləri etnik təmizləmənin qurbanıdır: Kim Kardaşyan

İsraildəki vəziyyətlə bağlı dünya şöhrətli televiziya ulduzu Kim Kardaşyan yəhudi dostlarına dəstək ifadə edərək, onların tək olmadıqlarını bildirib və bu kontekstdə Dağlıq Qarabağ ermənilərinin üzləşdiyi humanitar böhranı dilə gətirdi.

Instagram-da Kardaşyan qeyd edib ki, son günlər “bütün dünyanın gözü qarşısında terrora məruz qalan və öldürülən uşaq və ailələrin videoları” ona böyük ağır verib.

Qəddar terrordan həm israillilərin, həm də fələstinlilərin əziyyət çəkdiyini qeyd edən Kardaşyan Erməni Soyqırımı, Azərbaycanın Dağlıq Qarabağı blokadaya alması, eləcə də hazırda Azərbaycanda saxlanılan hərbi əsirləri də xatırladıb.

“Mən bir erməni olaraq bu cür məsələlərə xüsusi həssaslıqla yanaşıram, çünki illərdir ki, Erməni Soyqırımı haqqında danışıram və indi, mediada minimal işıqlandırılan blokadadan sonra, Artsaxdakı ermənilər etnik təmizləmənin qurbanıdırlar. Hazırda onlar da həddindən artıq humanitar böhrandan əziyyət çəkirlər və hələ də saxlanılan hərbi əsirlər və itkin düşmüşlər var”, – Kardaşyan yazıb.

Amerikalı erməni ulduz əlavə edib: “Kimin tərəfində olmağınızdan və son bir neçə gündə baş verən dəhşətlərdən necə təsirlənməyinizdən asılı olmayaraq, hakimiyyət, siyasət, din, irq və etnik mənsubiyyət uğrunda müharibə aparanların qurbanı olmuş günahsız insanlara şəfqət üçün ürəyimizdə həmişə yer olmalıdır”

Daha çox göstər
Back to top button