BaşlıcaSiyasət

Yeğişe Kirakosyan BMT məhkəməsində Ermənistanın 10 tələbini oxudu

Ermənistanın AİHM-dəki nümayəndəsi Yeğişe Kirakosyan məhkəmə iclasında Ermənistanın 10 tələbini oxudu

“28 sentyabr 2023-cü il tarixdə müvəqqəti tədbirin seçilməsi müraciəti və şifahi dinləmə əsasında Ermənistan hörmətlə məhkəmədən iş üzrə qərar qəbul etməzdən əvvəl aşağıdakı müvəqqəti tədbirlərin tətbiqini xahiş edir”, – o deyib.

Tədbirlər aşağıda qeyd edilib:

1. Azərbaycan Konvensiya üzrə öhdəliklərinin pozulmasına səbəb ola biləcək tədbirlər görməyəcək.

2. Azərbaycan birbaşa və ya dolayısı ilə məqsədi  və ya nəticəsi Dağlıq Qarabağda qalan erməniləri köçürmək və ya son hərbi hücumlar zamanı didərgin düşmüş şəxslərin, o cümlədən Ermənistana və ya üçüncü dövlətlərə qaçmış şəxslərin öz evlərinə tez və təhlükəsiz qayıtmasının qarşısını almaq məqsədi daşıyan tədbirlər görməyəcək, eyni zamanda Dağlıq Qarabağı tərk etmək istəyənlərə icazə verəcək və maneələr yaratmayacaq.

3. Azərbaycan 2023-cü il sentyabrın 19-da silahlı hücum nəticəsində işğal olunmuş Dağlıq Qarabağın bütün mülki yaşayış məntəqələrindən bütün hərbi və hüquq-mühafizə orqanlarının şəxsi heyətini çıxarmağa borcludur.

4. BMT və onun ixtisaslaşmış qurumlarının Dağlıq Qarabağın etnik erməniləri ilə işləməsi üçün Azərbaycan kömək etməli və maneə yaratmamalıdır. Azərbaycan heç bir şəkildə onların fəaliyyətinə qarışmamalıdır.

5. Azərbaycan BQXK-nın Dağlıq Qarabağın etnik ermənilərinə humanitar yardım göstərməsinə kömək etməli və heç bir şəkildə mane olmamalıdır. Azərbaycan son münaqişənin digər nəticələrini aradan qaldırmaq üçün BQXK ilə əməkdaşlıq etməlidir.

6. Azərbaycan Dağlıq Qarabağda kommunal xidmətlərin, o cümlədən qaz və elektrik enerjisinin tam bərpasını dərhal təmin etməlidir və bu, gələcəkdə dayanmamalıdır.

7. Azərbaycan Dağlıq Qarabağın indiki və ya keçmiş siyasi nümayəndələrinə, hərbi qulluqçularına qarşı cəza tədbirləri görməməlidir.

8. Azərbaycan 1915-ci il Erməni Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş heç bir abidəni və ya Dağlıq Qarabağda hələ də mövcud olan hər hansı digər abidəni və ya erməni mədəniyyətinin yerini və ya abidəsini dəyişdirməməli və ya məhv etməməlidir.

9. Azərbaycan DQ orqanları tərəfindən yaradılmış vətəndaşlıq qeydlərini, şəxsiyyəti təsdiq edən sənədləri, mülkiyyət hüquqlarını və reyestrləri tanımalı və qanuni hesab etməlidir.

10. Azərbaycan tərəfi qərar qəbul edildikdən sonra 1 ay müddətində, bundan sonra isə məhkəmə bu iş üzrə yekun qərar qəbul edənə qədər hər 3 aydan bir bu tələbin icrası üçün görməli olduğu bütün tədbirlər barədə məhkəməyə hesabat təqdim etməlidir.

Daha çox göstər
Back to top button