BaşlıcaSiyasət

ER Xİ nazirinin müavini Azərbaycanın həyata keçirdiyi etnik təmizləmə siyasətinin nəticələrini Avropa Şurası Xarici Əlaqələr Komitəsinin üzvünə təqdim edib

Oktyabrın 12-də ER Xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvü Viola fon Kramon-Tobadelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazir müavini Ermənistan tərəfi üçün ilkin əhəmiyyət kəsb edən məsələlərdə Avropa Parlamentinin prinsipial mövqeyini yüksək qiymətləndirərək, oktyabrın 5-də qəbul edilmiş “Azərbaycanın hücumundan sonra Dağlıq Qarabağdakı vəziyyət” adlı qətnaməni xüsusiylə vurğulayıb.

Paruyr Hovhannisyan Azərbaycanın Dağlıq Qarabağda həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 100 mindən çox soydaşımızın məcburi köçkünə çevrilməsi nəticəsində yaranmış vəziyyəti hərtərəfli şəkildə həmsöhbətlərə təqdim edib və bu kontekstdə humanitar yardıma görə minnətdarlığını bildirib.

Tərəflər ER-AB tərəfdaşlığı gündəliyinin bir sıra digər məsələlərini, o cümlədən parlamentlərarası əməkdaşlığı müzakirə ediblər. Regional təhlükəsizlik məsələlərinə istinad edilib.

Daha çox göstər
Back to top button