BaşlıcaSiyasət

Putin Ermənistan və Azərbaycan arasında danışıqları Moskvada təşkil etməyə hazır olduğunu açıqlayıb

Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləməyə hazırdır və onu Moskvada danışıqlar üçün qəbul edə bilər.  TASS xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin MDB ölkələri Prezidentləri Şurasının iclasında bildirib.

“Gündəlikdə uzun müddətdir davam edən bu münaqişəyə nəhayət son qoymaq üçün sülh sazişinin hazırlanması məsələsi qalır. Rusiya tərəfi təbii ki, bu məsələdə tərəfdaşlarımıza hər cür yardım göstərməyə hazırdır. Xüsusilə Moskvada, istənilən formatda danışıqların təşkilinə hazırıq”, – o bildirib.

“Əvvəla, lazım gələrsə, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri və ekspertləri formatında və təbii ki, biz bu danışıqların həmin ölkələrin liderləri tərəfindən imzalanacaq sülh sazişi ilə yekunlaşmasına kömək edəcəyik”, – deyə Rusiya prezidenti əlavə edib.

Daha çox göstər
Back to top button