BaşlıcaSiyasət

Qriqoryan və Klaar Brüsseldə keçiriləcək Paşinyan-Əliyev-Mişel görüşünə hazırlığı müzakirə ediblər

Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Toivo Klaar ilə görüşündə regionun təhlükəsizlik məsələləri və sabitliyin qorunması ilə bağlı məsələlərə toxunub.  Aldığımız  məlumata görə görüş barədə Armen Qriqoryan özünün “Facebook” səhifəsində yazıb.

“Oktyabrın 12-də mən AB-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul etdim.

Görüş zamanı biz regionun təhlükəsizlik məsələlərinə, sabitliyin qorunması ilə bağlı məsələlərə toxunduq. Biz Brüsseldə planlaşdırılan üçtərəfli görüşə hazırlığı müzakirə etdik” –  deyərək yazıda qeyd edilir.

Oktyabrın sonunda Brüsseldə AB Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Ermənistanın Baş naziri ilə Azərbaycan prezidenti arasında görüş planlaşdırılır.

Daha çox göstər
Back to top button