BaşlıcaBeynəlxalq

Tankyan Barak Obamaya müraciət edib:  “Nədən Azərbaycanın DQ ermənilərinə qarşı etnik təmizləmə aparması barədə heç nə demədiniz?”

Serj Tankyan özünün X bloqunda Barak Obamaya müraciət edərək, iki həftə əvvəl baş vermiş ermənilərin Artsaxdan məcburi deportasiya edilməsi barədə sonuncunun niyə dinmədiyini soruşdu.

Dünya şöhrətli rok musiqiçisi ABŞ-ın 44-cü Prezidentinin postunu paylaşıb və sonuncu qeyd edib ki, bütün amerikalılar İsrailə qarşı terror hücumları və günahsız vətəndaşların öldürülməsindən dəhşətə gəlməli və qəzəblənməlidirlər.

“Biz ölənlər üçün kədərlənirik, girovların sağ-salamat qayıtması üçün dua edirik və HƏMAS-ı məhv edərkən müttəfiqimiz İsrailin yanındayıq. Biz israillilər və fələstinlilər üçün ədalətli və davamlı sülh üçün səylərimizi davam etdirməliyik”- deyərək  Obama  qeyd edib.

Tankyan cavabında “Hörmətli Barak Obama, niyə iki həftə əvvəl Azərbaycanın Dağlıq Qarabağ ermənilərinə qarşı etnik təmizləmə aparması barədə bəs heç nə demədiniz?”- deyərək  yazıb.

Səlahiyyətləriniz dövründə Erməni Soyqırımının tanınması məsələsində uğursuzluğa düçar oldunuz və 120 min insanın etnik təmizləməyə məruz qalması və 3000 il ərzində öz doğma yurdundan məcburi köçkün düşməsinə dair bir kəlmə dinib danışmadınız”.

Daha çox göstər
Back to top button