BaşlıcaBeynəlxalq

Blinken:  “ABŞ Azərbaycana hərbi yardım göstərmək məsələsinə yenidən baxa bilər”

ABŞ dövlət katibi Entoni Blinken keçən həftə kiçik bir qrup qanunvericilərə xəbərdarlıq edib ki, Azərbaycan tezliklə Ermənistanı işğal edə bilər.

Oktyabrın 3-də keçirilən söhbətdə millət vəkilləri Blinkenə Azərbaycanın sentyabrda Dağlıq Qarabağa hücumuna cavab olaraq Əliyevə qarşı mümkün sanksiyalarla bağlı təzyiqlər ediblər.

Blinken cavab verib ki, Dövlət Departamenti Azərbaycanı məsuliyyətə cəlb etmək yollarını axtarır və ABŞ-ın Bakıya hərbi yardım göstərməsinə imkan verən 907 saylı qətnamənin müddətini uzatmağı planlaşdırmır.

O, əlavə edib ki, Dövlət Departamenti yaxın həftələrdə Azərbaycanın Ermənistanı işğal edə biləcəyini ehtimal edir.

POLITICO-ya verilən bəyanatda Dövlət Departamenti söhbəti şərh etməkdən imtina edib, lakin departamentin “Ermənistanın suverenliyi və ərazi bütövlüyü”nə və münaqişənin “birbaşa danışıqlar yolu ilə” həllinə sadiqliyini vurğulayıb.

Daha çox göstər
Back to top button