BaşlıcaBeynəlxalqSiyasət

“Gücdən istifadə yolverilməzdir:Yerevanla  Bakı arasında birbaşa dialoq vacibdir”

Amerika Birləşmiş Ştatları güc tətbiqini qəbuledilməz hesab edir, münaqişənin həlli üçün Yerevan və Bakı arasında birbaşa dialoqun aparılmasının vacibliyini vurğulayır.

Alınan məlumata görə, ABŞ Dövlət Departamenti “Amerikanın səsi”nin erməni xidmətinin “Politico” jurnalında dərc olunan “Blinken qanunvericilərə Azərbaycanın yaxın həftələrdə Ermənistanı işğal edə biləcəyi ilə bağlı xəbərdarlıq edib” sərlövhəli nəşrlə bağlı sorğusuna cavab verib.

Dövlət Departamenti cavab olaraq vurğulayıb ki, “Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan liderləri ilə ən yüksək səviyyədə əməkdaşlığı davam etdirir, hamının hüquqlarına hörmət edildiyi ləyaqətli və davamlı sülhə çalışır”.

Gücdən istifadə qəbuledilməzdir və bu uzun müddətdir davam edən münaqişənin həlli üçün birbaşa dialoq vacibdir” –deyə  Dövlət Departamentinin cavabında bildirilib.

ABŞ Dövlət Departamenti həmçinin qeyd edib ki, “ABŞ humanitar təşkilatlarla sıx əməkdaşlıq edərək Ermənistan hökumətinin köçkünlərin Ermənistanda sığınacaq və rahatlıq tapmasına kömək etmək səylərini dəstəkləyir”.

Biz köçkünlərə  dəstəyimizi bildiririk, onların keçirdikləri sarsıntı və travmanı və üzləşdikləri qeyri-müəyyənliyi yaxşı dərk edirik”.

Dövlət Departamenti həmçinin əlavə edib ki, Bakı mülki insanları qorumaq və hər kəsə, o cümlədən hərbi əməliyyatlarda iştirakda şübhəli bilinənlərə qarşı humanist rəftarı təmin etmək üçün məsuliyyət daşıyır.

Dövlət Departamentinin bəyanatında deyilir: “Azərbaycan həmçinin [hərbi] qüvvələrinin beynəlxalq hüquqa, o cümlədən hərbi əməliyyatların aparılmasını, mülki şəxslərin müdafiəsini və döyüşçülərə humanitar münasibəti tənzimləyən beynəlxalq humanitar hüquqa riayət etməsini təmin etmək üçün məsuliyyət daşıyır”- deyə  “Amerikanın səsi” erməni xidmətinə istiqamətlənmiş  dövlət departamentinin cavabında qeyd olunur.

Daha çox göstər
Back to top button