BaşlıcaSiyasət

Putin Ermənistana gəlməyə və ya Paşinyanı Rusiyada qəbul etməyə hazır olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin fürsət düşən kimi Ermənistana gəlməyə və ya Ermənistanın Baş naziri Nikol Paşinyanı Rusiyada qəbul etməyə hazır olduğunu açıqlayıb. Alınan məlumata görə, bu haqda jurnalistlərlə  qısa söhbət ərzində qeyd edib.

“Biz onunla (Paşinyan, red.) əlaqə saxlayırıq, onun dəvəti də var, Rusiyaya da dəvətimiz var. Biz hamımız yetkin insanlarıq, orada nə baş verdiyini anlayırıq.

Bu,çünki  Qarabağ ermənilərinin faciəsidir. İndi yəqin ki, səfər vaxtı deyil. Amma biz əlaqə saxlayırıq, onunla işləyirik” – deyərək Putin bildirib.

Onun sözlərinə görə, normal vəziyyət yaranarkən  o, Ermənistana, Paşinyan isə Rusiyaya gələcək.

“Müvafiq qrafik var, bütün xidmətlərimiz işləyir, həm Xarici işlər nazirliyi, həm dəhökumətin iqtisadi bloku əlaqədədir. Bizim işimiz dayanmayıb. İş davam edir” – deyərək Putin yekunlaşdırıb.

Daha çox göstər
Back to top button