ArtsaxBaşlıcaMədəniyyət

Roma Papası Dağlıq Qarabağla bağlı müraciət etdi

Roma Papası Fransisk Dağlıq Qarabağdakı monastırları və dini ibadət yerlərini qorumağa və onlara hörmət etməyə çağırıb.

Bu barədə o, Vatikanın Müqəddəs Pyotr meydanında bildirib.

O, qeyd edib ki, Dağlıq Qarabağ böhranı ilə bağlı narahatlığı azalmayıb: “Qaçqınların humanitar vəziyyəti ilə yanaşı, mən bu regionda monastırların və ibadət yerlərinin qorunması üçün xüsusi müraciət etmək istərdim. Ümid edirəm ki, onlar yerli mədəniyyətin bir hissəsi, imanın ifadəsi və fikir ayrılıqlarından asılı olmayaraq birlikdə yaşamağı mümkün edən qardaşlıq əlaməti olaraq qorunacaqlar”.

Daha çox göstər
Back to top button