Başlıcaİctimaiyyət

DQ-dan məcburi köçkün düşmüş 198 xəstə Ermənistan xəstəxanalarında müalicə alır, 44 nəfərin vəziyyəti ağırdır

Dağlıq Qarabağdan məcburi köçkün düşmüş 198 xəstə Ermənistan xəstəxanalarında müalicəsini davam etdirir.

Alınan məlumata görə, bu haqda ER Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan “Humanitar Mərkəz”də keçirdiyi mətbuat konfransı ərzində  deyib.

“198 nəfərdən 44-nün vəziyyəti ağırdır, 10-nun vəziyyəti son dərəcə ağırdır” – deyə Bağdasaryan bildirib. Daha 19 xəstə xarici klinikalarda müalicəsini davam etdirir.

Artıq 28 min 861 nəfər ambulator qeydiyyata alınıb. Paralel olaraq, Səhiyyə nazirliyi tərəfindən səyyar qruplar vasitəsilə Dağlıq Qarabağdan məcburi köçkünlərin tibbi müayinəsi aparılır, artıq 604 nəfər belə tibbi müayinədən keçibdir.

Xatırladaq ki, Azərbaycan sentyabrın 19-dan Dağlıq Qarabağa qarşı genişmiqyaslı hücuma başlayıb, mülki infrastruktur və mülki əhalini hədəf alıb.

 Dinc sakinlər həlak olub və yaralanıb. Sentyabrın 20-də Dağlıq Qarabağ hakimiyyəti Rusiya sülhməramlı missiyasının komandanlığının atəşin dayandırılması ilə bağlı təklifini qəbul edib. 100 min 632 məcburi köçkün Dağlıq Qarabağdan Ermənistana köçürülüb.

Daha çox göstər
Back to top button