BaşlıcaSiyasət

Gücdən istifadə yolverilməzdir: ABŞ Dövlət Departamenti Əliyevin Stepanakertə səfəri barədə

ABŞ Azərbaycan və Ermənistan arasında siyasi, iqtisadi, humanitar və təhlükəsizlik məsələlərinin həll edilməməsindən dərin narahat olduğunu bəyan edir. Bu barədə Turan Agentliyinin müxbirinə Azərbaycan prezidenti İlham Əliyevin Stepanakertə səfəri ilə bağlı sualı cavablandıran ABŞ Dövlət Departamentinin rəsmisi bildirib.

“Biz hər iki ölkənin rəhbərliyini hər kəsin hüquqlarına hörmət ediləcəyi ləyaqətli və davamlı sülhə nail olmağa çağırmaqda davam edirik. Artıq dediyimiz kimi, gücdən istifadə yolverilməzdir və bu uzanan münaqişəni həll etmək üçün birbaşa dialoq lazımdır”, – Dövlət Departamentinin nümayəndəsi bildirib.

O əlavə edib ki, ABŞ Ermənistanı dəstəkləməkdə davam edir. “Biz Ermənistan hökumətinin humanitar təşkilatlarla sıx koordinasiyada məcburi köçkünlərin Ermənistanda sığınacaq və rahatlıq tapmasına kömək etmək səylərini dəstəkləməyə davam edirik. Biz köçkünlərin hansı sarsıntı və travma yaşadıqlarını və hansı qeyri-müəyyənliklə üzləşdiklərini bilə-bilə onlara empatiya göstəririk”, – amerikalı məmur bildirib.

Daha çox göstər
Back to top button