Erməni tərəfi Cənubi Qafqazda sülhə nail olmaq naminə bütün platformalardan istifadə etməyə hazırdır. Ermənistan Xarici işlər nazirinin müavini Vahan Kostanyan oktyabdın 16-da Rusiyanın vasitəçiliyi ilə sülh danışıqlarının aparılması ilə bağlı Bakı və Moskvanın son təkliflərinə cavab olaraq bildirib.
Oktyabrın 5-də Qranadada aylar əvvəl planlaşdırılan görüşü boykot edəndən sonra Azərbaycan prezidenti ötən həftə MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanlarının və xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşündə, Ermənistan Baş nazirinin nəyə görə Qranadaya getdiyi və özünün qeyd etdiyi kimi, nəsə anlaşılmaz görüşdə nəyə görə iştirak etdiyini “qəribə”adlandırmışdır.
Eyni zamanda, Əliyev Rusiyanın vasitəçiliyindən də danışıb, Moskvanın vasitəçilik səylərini çox yüksək qiymətləndirib.
Danışıqların hansı paytaxtda aparılacağı önəmli deyil, əsas odur ki, Ermənistan tərəfi üçün fundamental məsələlər gündəmdə qalsın.
Parlamentin “KP” fraksiyasının üzvü Sona Ğazaryan deyir:
Danışıqların Moskva platformasında aparılması ilə bağlı hələ də aydınlıq olmasa da, hökumət deputatı vurğulayır ki, mümkün sülh sazişinin dəqiq icra mexanizmləri və beynəlxalq dəstək olmalıdır.
9 noyabr tarixli üçtərəfli bəyannamənin bir sıra müddəaları kağız üzərində qaldı.Belə təcrübəyə malik Ermənistan tərəfi Kremlin vasitəçiliyi ilə yenidən sənədi imzalamağa hazırdırmı? Hakim deputat belə bir perspektivi istisna etmir, eyni zamanda vurğulayır ki, Rusiya sazişin həyata keçirilməsi mexanizmləri barədə dəqiq danışmalıdır.
Deputat Yerevanın müxtəlif platformalarda danışıqlara hazır olmasından danışarkən, müxtəlif ekspert və siyasi dairələr iddia edirlər ki, Bakı Qarabağda Qərb platformalarından maksimum yararlanaraq, indi danışıqlar prosesini Cənubi Qafqaza köçürməyə çalışır.
Politoloq Tiqran Qriqoryanın fikrincə, Əliyev indi danışıqları daha əlverişli formatda davam etdirməyə çalışır və Qərbdə faktiki olaraq baza prinsipləri üzrə razılıq var.
Söhbət SSRİ Baş Qərargahının son xəritələri əsasında sərhədlərin demarkasiyasından, suverenlik və qarşılıqlılıq əsasında yolların açılmasından, Ermənistanın 29 min 800 kvadrat kilometr, Azərbaycanınsa 86 min 600 kvadrat kilometr ərazisinin qarşılıqlı tanınmasından gedir.
Ermənistanın Xarici işlər naziri oktyabrın 12-də Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün keçirilə biləcəyi Bişkekə getməsə də, politoloq Tiqran Qriqoryan hesab edir ki, Ermənistan elə bir vəziyyətdə deyil ki, hər hansısa paytaxtda danışıqlar təklifindən imtina etsin.
Onun sözlərinə görə, Rusiya və Azərbaycan danışıqları həmin formatda aparmağa meylli olsalar, Ermənistan hökuməti gec-tez razılaşacaq.
Ötən həftə Azərbaycan prezidenti də Ermənistanla birbaşa danışıqların aparılmasından danışıb. Əliyev vurğulayıb ki, Ermənistan tərəfi Rusiyanın Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında vasitəçiliyindən imtina edərsə, alternativ Ermənistan və Azərbaycanın Xarici işlər nazirləri arasında birbaşa danışıqlar ola bilər.
Rəsmi deputat Sona Ğazaryan bu təkliflə bağlı razılaşmanın icrası üçün effektiv mexanizmlərin vacibliyini bir daha vurğulayır. Politoloq Tiqran Qriqoryan da etiraf edir ki, Ermənistanla Azərbaycan arasında birbaşa danışıqlar risklər ehtiva edir.
Belə bir vəziyyətdə tərəflər arasında pozulmuş güc balansı daha da aydınlaşacaq. Danışıqların Qərb platformalarında davam etdirilməsinin üstünlüyü isə mahiyyət etibarı ilə ondan ibarətdir ki, işlənmiş prinsiplər var və əsas məsələlərdə vasitəçilərin razılığı var.
Bakıdan Cənubi Qafqazda danışıqların aparılacağı ilə bağlı mütəmadi bəyanatlar verilsə də, hazırda tərəflər oktyabrın sonunda Brüsseldə Çarlz Mişelin iştirakı ilə üçtərəfli formatda danışıqlar aparmaq barədə razılığa gəliblər.
Ermənistan Xarici işlər nazirinin müavini sənədin bu görüşdə imzalanıb-imzalanmayacağına aydınlıq gətirməyib.
Mətn faktor.am-ə məxsusdur.