BaşlıcaSiyasət

RF XİN nümayəndəsi Kapan şəhərinin meri ilə Rusiya Baş Konsulluğunun açılışına hazırlığı müzakirə edib

2023-cü il oktyabrın 16-da Rusiya Xarici işlər nazirliyinin qabaqcıl qrupunun rəhbəri Andrey Şanin və Kapan şəhərinin meri Gevorq Parsyan arasında Rusiyanın Kapan şəhərində Baş Konsulluğunun açılışı ilə bağlı görüş keçirilib. Bu barədə Rusiyanın Ermənistandakı səfirliyi məlumat yayıb.

“Rusiya Baş Konsulluğunun açılmasına hazırlıq kursu ətraflı müzakirə olunub ki, bu da Ermənistanın Cənubunda yaşayan Rusiya vətəndaşları üçün konsulluq xidmətlərindən istifadə imkanlarını əhəmiyyətli dərəcədə asanlaşdıracaq.

Bildirilib ki, yeni baş konsulluq Rusiya-Ermənistan münasibətlərinin daha da möhkəmlənməsinə və regionda vəziyyətin sabitləşməsinə, habelə mədəni, humanitar, ticarət-iqtisadi və regionlararası əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək”- deyərək  məlumatda  qeyd olunub.

Daha çox göstər
Back to top button