DQ keçmiş müdafiə naziri Samvel Babayanın Ermənistanın İctimai Televiziyasına verdiyi açıqlamalar əsasında cinayət işi başlanıb.
Bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Baş Prokurorluqdan bildirilib ki, iki maddə üzrə cinayət işi başlanılıb. Bunlardan biri “hərbi qulluqçuların səhlənkarlığı”, digəri isə “komandirin məcburiyyət olmadan istehkamları, hərbi texnikanı və ya digər döyüş vasitələrini təslim etməsi” maddələridir.
Həmçinin əlavə olunub ki, hazırda iş üzrə təqsirləndirilən şəxslər yoxdur.