BaşlıcaSiyasət

Ərəb ölkələri İsraili hərbi cinayətdə ittiham edir

Ərəb liderləri İsraili Qəzza zolağında yüzlərlə insanın ölümü ilə nəticələnən xəstəxanaya hücuma görə qınayıblar.

Bu barədə xarici mətbuata istinadən xəbər verir.

Səudiyyə Ərəbistanı bildirib ki, bu vəhşi hücum beynəlxalq qanun və normaların kobud şəkildə pozulmasıdır.

İordaniya kralı II Abdullah bombardmanı “dözülməz ağır müharibə cinayəti” adlandırıb.

Misir prezidenti Əbdülfəttah əs-Sisi partlayışı beynəlxalq hüququn müddəalarının açıq şəkildə pozulması kimi şərh edib.

Birləşmiş Ərəb Əmirlikləri İsrailin hücumunu pisləyib və beynəlxalq ictimaiyyəti daha çox insan tələfatının qarşısını almaq üçün dərhal atəşkəsə nail olmaq üçün səyləri gücləndirməyə çağırıb.

İraq hökuməti də xəstəxanada baş verən partlayışı “müharibə cinayəti” adlandıraraq, İsrail qüvvələrinin hədlərini aşdığını bildirib.

Daha çox göstər
Back to top button