Başlıcaİctimaiyyət

Oksford Universitetində Azərbaycanla bağlı növbəti korrupsiya qalmaqalı olub

Oksford Universitetində Azərbaycanla bağlı növbəti korrupsiya qalmaqalı baş verdi. Oksford Universitetində “Nizami Gəncəvi Mərkəzi” (ONGC) anonim 10 milyon funt sterlinq məbləğində ianə alıb.

Bundan sonra həm Mərkəz, həm də Universitet bu yay Azərbaycanda saxta və siyasi motivli ittihamlarla həbs edilən London İqtisadiyyat Məktəbinin alimi və hökumət tənqidçisi doktor Qubad İbadoğlunun həbsinı göz yumdu.

Mərkəzin idarə heyətinə Azərbaycanın avtokratik hökmdarı İlham Əliyevin baldızı Nərgiz Paşayeva (Mehriban Əliyevanın bacısı) daxildir. Mərkəzin idarə heyətinin tərkibi və universitetin donorun adını çəkməkdən imtina etməsi akademik azadlığın qorunmasından narahat olan akademiklərin tənqidinə səbəb olub.

Riyeka Universitetinin dosenti və Oksfordun Siyasət və Beynəlxalq Münasibətlər Departamentinin keçmiş elmi işçisi Tena Prelec “Cherwellə” müsahibəsində qeyd edib ki, “Nərgiz Paşayevanın Azərbaycanın hakim elitası ilə əlaqələri ən güclüdür.

“Sübut olunan faktdır ki, Azərbaycan elitasına bağlı yüz milyonlarla funt-sterlinqin Böyük Britaniya mülkləri vasitəsilə yuyulub. Eyni zamanda, şübhəsizdir ki, Azərbaycan siyasi qərarlara rüşvət yolu ilə təsir etmək cəhd edir.

Sırf bu səbəblərə görə Paşayevanın Oksford Araşdırmalar Mərkəzində iştirakı xüsusi ehtiyatlılıq və qayğı tələb edir”,- o qeyd edib.

Daha çox göstər
Back to top button