BaşlıcaSiyasət

Paşinyan: “Ermənistan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır”

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı Ermənistanın ilin sonuna qədər Azərbaycanla sülh və münasibətlərin nizamlanması sazişini imzalamağa hazır olduğunu açıqlayıb.

“Biz ilin sonuna qədər Azərbaycanla sülh və münasibətlərin nizamlanması sazişi imzalamağa hazırıq. Təbii ki, Azərbaycanın Qranada görüşünə gəlməkdən imtina etməsi, halbuki iyulun 15-də Brüsseldə  bu barədə razılaşma əldə olununmuşdu.

Bu Çarlz Mişelin görüşün nəticələrinə əsasən verdiyi bəyanatda ifadə olunub, ona görə də həmin görüşə gəlməmək işimizi asanlaşdırmadı”- deyərək  Paşinyan bildirib.

Eyni zamanda, o, Brüsseldə keçirilən görüşlərdə qəbul edilmiş bütün prinsiplər rəsmən təsdiq olunarsa, ilin sonuna qədər sülh müqaviləsinin bağlanmasının çox reallaşacağını açıqlayıb.

Daha çox göstər
Back to top button