BaşlıcaSiyasət

Azərbaycanda təqsirsizlik prezumpsiyası prinsipi pozulur, işlərə qərəzsiz baxılması təmin edilmir: Ombudsman

ER Ombudsmanı sentyabrın 19-da Azərbaycanın hücumundan sonra Bakıda saxlanılan şəxslərin sayı ilə bağlı sualı cavablandıraraq qeyd edib ki, öz yurisdiksiyası çərçivəsində məlumat əldə etməyə çalışır.

“Azərbaycanda etnik ermənilərə qarşı insan hüquqlarının bütün mümkün məhdudiyyətləri və bütün fundamental hüquqlara müdaxilə göz qabağındadır. Bu da bütün beynəlxalq hüquqi standartları pozur. 

Pis rəftarın, işlərin, işgəncənin bütün formaları ilə bağlı Ombdusman ofisinin ingilis dilində təqdim olunmuş ilkin hesabat ER-nin beynəlxalq hüquq məsələləri üzrə Haaqa Məhkəməsindəki nümayəndəsi tərəfindən əsas sübut kimi istifadə edilmişdir və əsas qeydlər aşağıdakılardır:

İşgəncə və/və ya şikəstlik əlamətləri ilə mülki şəxslər də daxil olmaqla Dağlıq Qarabağdan Ermənistana gətirilən çoxlu cəsədlər var.  Bu sübut edir ki, bu şəxslər təbii olaraq qeyq etdiyim rəftara məruz qalıblar və onların arasında uşaqlar, qadınlar da var”- o deyib.

Dağlıq Qarabağın keçmiş liderilərinə toxunan Ombudsman qeyd eidb ki, Azərbaycanda saxlanılan etnik ermənilərə qarşı hüquqlarının məhdudlaşdırılması beynəlxalq hüquq normalarının açıq şəkildə pozulması ilə həyata keçirilir;

Təqsirsizlik prezumpsiyası prinsipindən başqa Azərbaycanda həyata keçirilən ermənilərə qarşı nifrət siyasətinin səviyyəsini nəzərə almaqla, işə qərəzsiz və ədalətli məhkəmə tərəfindən baxılmasının mümkünsüzlüğüdür.

Daha çox göstər
Back to top button