BaşlıcaSiyasət

Biz 2027-ci ildə Beynəlxalq Frankofoniya İdman və Mədəniyyət Oyunlarına ev sahibliyi etmək üçün rəsmi təklif təqdim etmişik։ Mirzoyan

Oktyabrın 18-də ER xarici işlər naziri Ararat Mirzoyan və Frankofoniyanın baş katibi Luiza Muşikivabo ilə görüşüb.

Mirzoyanq eyd edib ki, son beş ildə bu, Luiza Muşikivabonun Ermənistana dördüncü səfəridir.

“Frankofoniyanın baş katibi kimi ikinci səfərinizdir. Dialoqun belə dinamikası Ermənistanla Beynəlxalq Frankofoniya Təşkilatı arasında yüksək səviyyəli əlaqələri və sıx əməkdaşlığı sübut edir. Və bu gün ölkəmiz və region üçün çağırışlarla dolu bir dövrdə bu səfər həmrəylik mesajı kimi qiymətləndirilir.

Ermənisatan genişmiqyaslı frankofoniya sahəsinin bir hissəsi kimi əvvəlki onilliklər ərzində Frankofoniya ilə ayrılmaz dəyər sistemi əlaqəsini bir daha təsdiqlədi. Sson illərdə əldə olunan nailiyyətlər, o cümlədən 2018-ci ildə İrəvanda Frankofoniya Sammitinin keçirilməsi və şəraitə görə 4 il müddətinə təşkilata sədrlik etməyimiz bunu göstərir.

Frankofoniya ilə əməkdaşlığın əsas istiqamətlərindən biri fransız dilinin tədrisi, o cümlədən Ermənistan və Frankofoniya təşkialtı arasında imzalanmış 2023-2026-cı illər üçün Milli Frankofoniya dörd illik təşəbbüsü proqramı ilə franssız dilinin təşviqidir. Biz Frankofoniyanın mədəni gündəmini də təbliğ etməyə davam edirik ki, bunun ən bariz sübutu on il ərzində hər il Ermənistanda Frankofoniyanın iki aylığının təşkilidir.

Bu il də istisna olmayıb və mart-aprel aylarında Ermənistanda 700-dən çox mədəni tədbir təşkil olunub. İqtisadi istiqamətə də toxunaraq qeyd etmək istəyirəm ki, biz Frankofoniya təşkialtı ölkələrinin işgüzar dairələrinin iştirakı ilə ticarət-iqtisadi görüşlərin təşkili təşəbbüsünü və onun yaratdığı imkanları yüksək qiymətləndiririk.

Ermənistanın Frankofoniya ilə əməkdaşlığı dərinləşdirməyə sadiqliyinin təzahürlərindən biri də 2027-ci ildə Ermənistanda Beynəlxalq Frankofoniya İdman və Mədəni Oyunlarına ev sahibliyi etmək üçün rəsmi müraciətin təqdim edilməsidir. Biz təşkilatdan müsbət cavab gözləyirik. Əminəm ki, onlar beynəlxalq frankofoniya ictimaiyyətinin gənc nümayəndələrinə sülh, insan hüquqları və birlikdə yaşamaq dəyərləri ətrafında birləşmək üçün unikal imkan yarada bilərlər”,- Mirzoyan vurğuladı.

Daha çox göstər
Back to top button