BaşlıcaSiyasət

AB Xİ nazirləri gələn həftə Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi məsələsini müzakirə edəcəklər

Avropa Birliyinə üzv ölkələrin Xarici işlər nazirləri gələn həftə Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması məsələsini müzakirə edəcəklər.

Bu haqda AB Şurasının mətbuat xidməti məlumatlandırıb.

Məlumata görə, oktyabrın 23-də Lüksemburqda AB-nin diplomatik departamentinin rəhbəri Xosep Borelin sədrliyi ilə Xarici işlər nazirləri şurasının iclasının keçirilməsi planlaşdırılır.

Daha çox göstər
Back to top button