BaşlıcaSiyasət

İsraildəki müharibə “Hindistan dəhlizi”ni dondurdu: Yerevan hansı alternativ təklif edə bilər

“Telegra.ph”-də Laura Sargsyan “Hindistan dəhlizi” və Yaxın Şərqdəki vəziyyətlə bağlı Yerevanın təklif edə biləcəyi mümkün yollar haqqında yazıb.

O qeyd edib ki, Yaxın Şərqdəki münaqişə Hindistanı bir sıra ərəb ölkələri və İsrail vasitəsilə Avropa ilə birləşdirəcək “Yaxın Şərq dəhlizi” yaratmaq ideyasını qeyri-müəyyən müddətə dondura bilər. Bu baxımdan Ermənistan Hindistanı Avropa ilə birləşdirən nəqliyyat marşrutunda halqa olmaq şansı əldə etdi.

2023-cü il sentyabrın əvvəlində G-20 sammitində Hindistanın baş naziri Narendra Modi yeni “Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizinin” (IMEC) işə salındığını elan etdi. Bu Hindistan, BƏƏ, Səudiyyə Ərəbistanı, Aİ, Fransa, İtaliya, Almaniya və ABŞ-ın iştirak etdiyi rabitə və nəqliyyat sahəsində ilk əməkdaşlıq təşəbbüsüdür.

Dəhliz Hindistan-BƏƏ-İsrail-Yunanıstan marşrutu üzrə əlaqəni təmin etməlidir. Bu, multimodal nəqliyyat növünü nəzərdə tutur.

Fələstin-İsrail qarşıdurması əslində Hindistan meqalayihəsinin yaxın illər üçün həyata keçirilməsini dondurdu. Son hadisələr layihənin ən böyük benefisiarları – Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşmasına da təsir edib.

Bu inkişaflar fonunda Yerevan Tehranla birlikdə meqalayihəyə alternativ və uzun müddətdir müzakirə olunan İran və Ermənistan vasitəsilə Qara dəniz hövzəsinə gedən marşrut üçün lobbiçilik edə bilər. İstisna olunmur ki, məhz bu məqsədlə Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 16-da ərazi idarəetmə naziri Qnel Sanosyanı Hindistana göndərib.

Yerevanın təklif etdiyi və əslində İran Fars körfəzi-Qara dəniz marşrutunun analoqu olan dəhliz Hindistan və İrandan Avropaya və Rusiyaya malların çatdırılması üçün alternativ marşruta çevrilə bilər. İran və Ermənistanın iştirakı ilə marşrut logistika xərclərini 25%, eləcə də daşıma müddətini demək olar ki, iki dəfə azaldacaq.

Belə ki, Hindistandan yüklər Çabahar limanına (İranın cənub-şərqi), sonra quru yolu ilə Ermənistana (ya avtomobil və ya dəmir yolu ilə), oradan Gürcüstana, oradan isə Bolqarıstan və ya Yunanıstan limanlarına və ya Rusiya (dəniz limanları və ya Verxniy Lars beynəlxalq keçid məntəqəsi vasitəsilə) çatıla bilər.

Dəhlizin həyata keçirilməsi mövcud infrastrukturun təkmilləşdirilməsinə və yeni infrastrukturun tikintisinə töhfə verəcək, eləcə də Ermənistana İran, Hindistan, Aİ və Aİİ ölkələrinə öz ixracını artırmaq imkanı verəcək. Tranzitin özündən əldə olunan üstünlüklərə əlavə olaraq, nəqliyyat xərclərinin azalmasına da töhvə verəcək.

““Erməni marşrutu” Hindistana nəinki Cənubi Qafqazda özünün iştirakını artırmağa, həm də Qvadar limanından keçən, Əfqanıstan və Mərkəzi Asiyanı Hind okeanı ilə birləşdirən Pakistan marşrutu ilə rəqabət yaratmağa imkan verəcək.

Hazırda Yerevan üçün Ermənistan ərazisindən istənilən nəqliyyat dəhlizinin işə salınması son dərəcə vacibdir. Əlavə yükdaşımaları, investisiyalar cəlb edəcək və logistik imkanları genişləndirəcək. Nəqliyyat arteriyaları Ermənistana həm siyasi, həm də iqtisadi bir sıra üstünlüklər əldə etməyə imkan verəcək . Bu da avtomatik olaraq ölkənin regionda rolunun artmasına gətirib çıxaracaq. Bu halda artıq Ermənistan özü də mühüm tranzit qovşağına çevriləcək. Lakin bütün bunlarla bərabər başa düşmək lazımdır ki, hər hansı nəqliyyat dəhlizinin formalaşması vaxt tələb edir, ona görə də yaxın bir neçə ildə bu yolun işə salınmasını gözləməyin mənası yoxdur.

Ermənistanın qarşısında beynəlxalq avtomobil və dəmir yollarının bərpası və müasirləşdirilməsi, müvafiq infrastrukturun yaradılması, əlavə keçid məntəqələrinin açılması, gömrük məntəqələrin hazırlanması və bir çox başqa vəzifələr durur. Bütün bunlar Yerevana xeyli baha olacaq (bu layihələrdə maliyyə iştirakı, əslində Yeni Dehli və Tehran üçün da maraqlı ola bilər).

Daha çox göstər
Back to top button