BaşlıcaSiyasət

Litvanın Baş naziri: “Mən Ermənistan hökumətinin sülh prosesinə sadiqliyini yüksək qiymətləndirirəm”

Litvanın Baş naziri İnqrida Şimonite Ermənistan hökumətinin sülh prosesinə sadiqliyini yüksək qiymətləndirir və Avropa Birliyi və ABŞ-ın bu prosesdə vasitəçilik səylərini dəstəkləyir.

Alınan məlumata görə, bu haqda  Şimonite Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən sonra deyib.

“ Hazırda ölkəniz üçün çətin dövrlərdir. Dağlıq Qarabağ müharibələrində həlak olanların ailələrinə səmimi başsağlığı verirəm. Evlərini tərk edən insanların çəkdiyi iztirablara görə kədərimi bildirirəm”- deyə Baş nazir bildirib.

Şimonite xatırladıb ki, Litva hökuməti Ermənistana maliyyə və humanitar maddi dəstək verib. Bu, ağrıları azaltmağa kömək etməsə də, Baş nazir bunun bəzi aktual ehtiyaclarını ödəməyə kömək edəcəyinə ümid etdiyini bildirdi.

“Hökumətinizin sülh prosesinə sadiqliyini yüksək qiymətləndirirəm və Avropa Birliyi  və ABŞ-ın bu prosesdə vasitəçilik səylərini dəstəkləyirəm.

Ümid edir və inanıram ki, hər iki tərəf bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət edərək öz öhdəliklərinə əməl edəcək. İnanıram ki, davamlı sülhə dialoq yolu ilə nail olmaq olar” – deyə Litvanın Baş naziri bildirib.

Şimonite əlavə edib ki, sülhə gedən yol asan deyil. Lakin bu, Ermənistanda və bütün regionda sabitliyə və rifaha nail olmağın yeganə yoludur.

İki ölkənin Baş nazirləri regionda və dünyada təhlükəsizlik vəziyyətini müzakirə ediblər. Litvanın Baş naziri demokratiyaların birləşməli və çiyin-çiyinə dayanmalı, ümumi dəyərləri müdafiə etməli və beynəlxalq dünya nizamını tənzimləməli olduğuna dair dərin əminliyini bir daha təsdiq etdi. Elə buna görə də o, bu gün Ermənistandadır.

Daha çox göstər
Back to top button