İctimaiyyətMədəniyyətSiyasət

“The Guardian” Şerə müsahibəsində özünün erməni kökündən və Azərbaycan tərəfindən Ermənistana olan təhlükəyə toxunub

Amerikalı erməni müğənni Çer (Şerilin Sarkisyan) “The Guardian”-a müsahibəsində təqdim edəcəyi yeni “Christmas” albomu, siyasət və erməni kökləri haqqında danışıb. 77 yaşlı müğənninin yeni diski oktyabrın 20-də işıq üzü görəcək. Sənətçi qeyd etdi ki, “albom, hər saniyə Milad haqqında qışqırmayacaq və adları hamıya tanış olan mahnılara daxil olmayacaq.” O əlavə edib ki, mahnıların yarısı yenidir.

Jurnal Şerin siyasi postlarına da toxunaraq, müğənninin Trampın hakimiyyətə qayıda biləcəyi fikrindən “dəhşətə düşdüyünü” qeyd edib. “Əgər qayıtsa, kim bilir, bu dəfə ölkəni tərk edəcəm” .

Şer X səhifəsində prodüser Erik İsraelyanın Azərbaycan tərəfindən Artsaxı blokadaya alması ilə bağlı paylaşımını paylaşıb. Sayt yazır ki, “O, qonşu Azərbaycandan gələn təhdid dalğaları səbəbindən ermənilərin üzləşdiyi problemlərlə bağlı növbəti fırtına qaldırıb”.

“The Guardian” yazır ki, Şerin atası erməni olub, onunla o qədər də yaxın münasibəti olmasa da, Yerevana səfərindən sonra həmin ölkə ilə sıx əlaqə qurub.

“Oraya çatanda düşündüm ki, vay, hamı mənə oxşayır. Bundan sonra çox güclü hisslər yaşadım”, – deyə müğənni Ermənistana səfərindən danışıb.

Daha çox göstər
Back to top button