BaşlıcaSiyasət

 Açıqlama: Gürcüstan “3+3” formatında keçirilən  görüşdə iştirak etmir və heç vaxt iştirak etməyib

Gürcüstan Xarici işlər nazirliyinin məlumatına görə, Gürcüstan İranın paytaxtında keçiriləcək “3+3” formatlı görüşdə iştirak etməyəcək.

Bu  haqda Gürcüstanın Birinci Kanalına Xarici işlər nazirliyi məlumatlandırıb.

“Gürcüstan sözügedən görüşdə iştirak etmir və heç vaxt iştirak etməyib” – deyə Xarici siyasət idarəçiliyindən  qeyd edib.

“3+3” adlanan təşəbbüs Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana məxsusdur. Bu formatda ilk görüş 2021-ci il dekabrın 10-da Moskvada keçirilib.

Burada Türkiyə ilə yanaşı, Rusiya, Ermənistan, Azərbaycan və İran iştirak edir.

Gürcüstanın rəsmi mövqeyi ondan ibarətdir ki, o, Rusiya faktoruna görə qeyd olunan formatda iştirak etməyəcək” –  deyərək gürcü mətbuatı yazıb.

Daha çox göstər
Back to top button