BaşlıcaSiyasət

Faktlar Azərbaycanın etnik təmizləmənin aparılmaması ilə bağlı iddiasını təkzib edir

Azərbaycan hakimiyyəti bu il sentyabrın 19-20-də Dağlıq Qarabağa qarşı təcavüzə hərtərəfli hazırlaşıb.

Bu haqda Tatoyan Hüquq və Ədalət Fondunun direktoru, Ermənistanın keçmiş  İnsan haqları müdafiəçisi Arman Tatoyan jurnalistlərlə görüşündə bildirib.

Azərbaycanın Artsaxa silahlı hücumu ilə bağlı müstəsna faktlar təqdim edib.

“Bu hesabat təhlükənin olmadığına dair istənilən tezisi, hər hansı iddianı ortadan qaldırır. O, dərhal göstərir ki, nəinki real təhlükələr olub, hətta insanlar etnik təmizləməyə məruz qalıblar. Əks halda, bütün bunlar nəyi əks edir?”

Faktlar göstərir ki, sentyabrın 19-20-də Azərbaycanın silahlı hücumları Artsax yaşayış məntəqələrini bir-birindən ayırmaq məqsədi daşıyırdı.

 İkinci strateji məqsəd isə sakinlərin ER hərbiçiləri ilə əlaqəsini kəsmək, insanları tərk etməyə məcbur etmək olub.

Martakert, Əsgəran, Martuni və Stepanakert üzrə insanları bir-birindən ayırmağa, xaos salmağa yönəlmiş tədbirlər həyata keçirilib.

Azərbaycan silahlı qüvvələri bu 4 istiqamətdə eyni vaxtda dinc əhaliyə hücum edərək, atəşə tutub. Stepanakertin başqa yaşayış məntəqələrindən təcrid edilməsi birinci dərəcəli əhəmiyyət kəsb edirdi ki, onu idarə etmək mümkün olmasın, xaos yaransın.

“Onlar çalışdılar, qüvvələrini hər bir yaşayış məntəqəsinə, konkret olaraq elə bir şəkildə cəmləşdirdilər ki, hər birini ayrı-ayrılıqda təcrid etdilər, beləliklə, əlaqə tamamilə kəsildi. İnsanlar evlərini tərk etmək məcburiyyətində qalsınlar”.

Tatoyan deyir ki, Azərbaycanın heç bir etnik təmizləmə olmadığını və insanların öz iradələri ilə getdiyini bəyan etməsi tsinizmdir.

“İnsanlar öz könüllüolaraq  niyə çıxdılar, biz sübutlar topladığımız halda, bir adam çıxmağa bir az gecikdisə, məsələn, tutuldu, öldürüldü, yaralandı – buna könüllü çıxmaqmı deyilir? Azərbaycanın əskərləri tərəfindən bu cür vəziyyətə salındığı halda, yaxşı, biz hansı könüllü tərk etməkdən danışırıq?

Həkəri körpüsündən keçərkən azərbaycanlılar Artsax sakinlərini geri qayıtmağa cəsarət etməməklə hədələyiblər. Bütün bunlardan sonra beynəlxalq təşkilatların, BMT-nin nümayəndələri gəlib bəyan edirlər ki, onlar etnik təmizləmənin şahidi olmayıblar.

Ermənistanın BMT-nin keçmiş müdafiəçisi təəccüblənir. Belə təəssürat yaranır ki, bu beynəlxalq təşkilatlar siyasi maraqların təsiri altında fəaliyyət göstərir və bu, bütün hüquq sistemini

Tatoyan hesab edir ki, bir araya gətirilən faktlar Azərbaycanın həqiqətən də etnik təmizləmə apardığını beynəlxalq ictimaiyyətə sübut edəcək.

Ailələr, qadınlar və uşaqlar da daxil olmaqla qətllər həyata keçirildi. Azərbaycan həm də  cəhd edir ki, kommunikasiyanın bağlı olması, telefonların enerji ilə doldurulmasında problemlər şəraitində çoxlu sübutların qeydə alınmasının mümkün olmamasından istifadə edərək, işgəncə və vəhşilik faktlarını inkar etməyə çalışır.

Tatoyan deyir ki, buna baxmayaraq, faktlar var və indi onlar bir araya toplanaraq ayrıca hesabatda ümumiləşdirilir.

Ermənistanın İnsan Hüquqları Müdafiəçisinin ofisi də açıq-aşkar işgəncə və şikəstlik faktlarını qeydə alıb. Ermənistanın ombudsmanı Anahit Manasyan jurnalistlərə bildirib ki, 19-20 sentyabrda Azərbaycanın təcavüzündən sonra onlarla Dağlıq Qarabağ sakininin, o cümlədən qadın və uşaqların tapılaraq Ermənistana gətirilən cənazələrində işgəncə və şikəstlik əlamətləri müşahidə olunur. Monitorinq işləri davam etdiyi üçün rəqəmlər hələ açıqlanmayıb.

“Əvvəlki hadisələrdən  fərqli olaraq, informasiya əldə etdiyimiz vaxtda indi çox az nəşr var, belə halların sayı indiyədək  məlum olandan qat-qat artıq ola bilər. Bütün halların üzə çıxması üçün hər şey edilməlidir”.

Ombudsmanın sözlərinə görə, hesabatın məlum səbəblərdən qapalı hissəsi var. Əldə edilən məlumatlar Haaqa məhkəməsində təqdim olunan ilkin hesabatda öz əksini tapıb, həmçinin səfirlər və beynəlxalq təşkilatların nümayəndələri ilə söhbətlər zamanı şifahi şəkildə ötürülüb.

Daha çox göstər
Back to top button