BaşlıcaSiyasət

İranın yol və şəhərsalma naziri Yerevandadır

İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan dəvəti ilə bir günlük səfərlə Yerevandadır.

Səfər çərçivəsində İran aviaşirkətlərinə lisenziyaların verilməsi, yol tariflərinin ləğvi, Şimal-Cənub dəhlizi və Fars körfəzi-Qara dəniz dəhlizi çərçivəsində əməkdaşlığın təşviqi məsələləri müzakirə olunacaq.

İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş Ermənistanın Baş naziri Nikol Paşinyan, ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan və iqtisadiyyat naziri Vahan Kerobyanla görüşəcək.

Daha çox göstər
Back to top button