BaşlıcaSiyasət

Oktyabrın 23-də Tehranda Zaqafqaziya üzrə “3+3” formatında nazirlərin görüşü keçiriləcək

Oktyabrın 23-də Tehranda Rusiya, Türkiyə, Azərbaycan və Ermənistanın arici işlər nazirlərinin “3+3” formatında Transqafqaz məsələsi üzrə ikinci görüşü keçiriləcək. Bu haqda  IRNA məlumatlandırıb.

İran xəbər agentliyinin məlumatına görə, “3+3” formatında keçiriləcək ikinci iclasın iştirakçıları Cənubi Qafqazdakı vəziyyəti və siyasət, iqtisadiyyat, təhlükəsizlik, tranzit və enerji sahələrində regional əməkdaşlığın genişləndirilməsi səylərini müzakirə edəcəklər.

“Region ölkələrinin iştirakı ilə regional problemlərin Qərb dövlətlərinin müdaxiləsi olmadan həlli bu qrupun yaradılmasının əsas məqsədlərindən biri hesab olunur” – deyə agentlik  bildirir.

Bundan öncə ER Baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevin təklif etdiyi “3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Türkiyə, Rusiya) formatında görüşün keçirilməsinə razılıq verib.

İRNA-nın məlumatına görə, o, deyib: “Həmin vaxt “3+3” formatında növbəti görüşün Tehranda (İran) keçirilməsi ilə bağlı razılıq əldə olunub, biz bu formatda davam etməyə hazırıq”.

ER XİN-in mətbuat katibi Ani Badalyan öz Facebook səhifəsində İran tərəfinin dəvəti ilə oktyabrın 23-də ER xarici işlər naziri Ararat Mirzoyan regional məsləhət platformasının (“3+3”) Tehranda keçiriləcək iclasında iştirak edəcək.

Onun sözlərinə görə, səfər zamanı ikitərəfli görüşlər də nəzərdə tutulub.

Regional məsləhət platformasında Ermənistan, Azərbaycan, Gürcüstan, o cümlədən İran, Rusiya və Türkiyə iştirak edir.

Daha çox göstər
Back to top button