BaşlıcaSiyasət

Türkiyə Ağdamdakı Rusiya-Türkiyə monitorinq mərkəzində öz hərbçilərinin mövcudluğunu uzatmaq niyyətindədir

Türkiyə Ağdamda yerləşən Rusiya-Türkiyə birgə monitorinq mərkəzində öz hərbçilərinin mövcudluğunu daha bir il uzatmağı planlaşdırır.

 Bu haqda Azərbaycan mətbuatına Ankaradakı diplomatik mənbələri məlumat verib. Bildirilir ki, məsələ Türkiyə Böyük Millət Məclisinin müzakirəsinə təqdim olunacaq.

Parlament Türkiyə hərbçilərinin qalma müddətinin daha bir il uzadılmasına razılıq verərsə, qərar rəsmi mətbuatda dərc edildikdən sonra qüvvəyə minəcək.

 Xatırladaq ki, 44 günlük Artsax müharibəsindən sonra Rusiya Federasiyası ilə Türkiyə arasında bağlanmış razılaşma nəticəsində 2021-ci ilin yanvarında Ağdamda birgə monitorinq mərkəzi açılmışdı.

Əlavə edək ki, 2020-ci il  noyabrın 17-də Böyük Millət Məclisi Türkiyə silahlı qüvvələrinə bir il müddətinə Ağdamın mərkəzində xidmət etməyə icazə verib.

2021 və 2022-ci ilin noyabrında Türkiyə hərbçilərinin ölkədə qalma müddəti daha bir il uzadılıb.

Mətn  factor.am-ə məxsusdur.

Daha çox göstər
Back to top button