BaşlıcaSiyasət

Ermənistan Avropa Birliyinin Xarici işlər nazirlər şurasının Ermənistanla vizaların liberallaşdırılması üzrə danışıqlarının başlanması ilə bağlı qərarı alqışlamışdır

Verilən məlumata görə, AB Xİ nazirlərinin qərarına Ermənistanın Xarici işlər nazirinin müavini Paruyr Hovhanisyan  jurnalistlərlə söhbətində toxunmuşdur. Nazir müavini vurğulamışdır ki, vizaların liberallaşdırılması məsələsi Ermənistan və Avropa Birliyi gündəliyində ən çətin problemlərdən biridir.

“Avropa Birliyinin Xarici işlər nazirlər şurasının qərarı məhz Ermənistanla vizaların liberallaşdırılması üzrə danışıqların başlanması haqqında olub. Beləliklə proses işə salınır.  Vacibdir ki, etiraz edən  ölkə olmamışdır, çünki bu konsensusunun təmin edilməsi çətin idi. Bu çox pozitiv inkişafdır.  Avropa Birliyi və üzv ölkələriylə bu prosesi mümkün qədər sürətləndirmək üçün aktiv işləməyi davam edəcəyik”- deyə Hovhanisyan  bildirib.

AB Xİ nazirlər şurasının iclasından sonra AB Xarici əlaqələr üzrə ali nümayəndəsi Jozep Borel məlumat vermişdir ki, Ermənistan üçün viza rejimi liberallaşdırmaq üzrə variantlar müzakirə edilməkdədir.

Daha çox göstər
Back to top button