
Noyabrın 18-də Manamada işgüzar səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Əbul Qayt ilə görüşüb.
Görüş zamanı tərəflər Cənubi Qafqaz və Yaxn Şərqdəki təhlükəsizlik vəziyyəti müzakirə ediblər.
Ararat Mirzoyan Ərəb Dövlətlər Liqasının baş katibinə regionda uzunmüddətli sülhün bərqərar olması ilə bağlı Ermənistanın baxışını təqdim edib. O vurğulayıb ki, bir çox çağırışlara və hələ də qaldığı problemlərə baxmayaraq, Ermənistan qonşu dövlətlərlə münasibətləri tənzimləmək üçün siyasi iradəyə malikdir və bu məqsədlə danışıqlara konstruktiv şəkildə cəlb olunub.
ER XİN başçısı ƏDL baş katyibinə ER hökumətinin təşəbbüsü ilə irəli sürülmüş “Sülh yollarının kəsişməsi” konsepsiyasını da təqdim edərək, bu proqramın həm Cənubi Qafqaz regionu, həm də ondan kənar ölkələr üçün təmin etdiyi iqtisadi və kommunikasiya inkişaf imkanlarını qeyd edib.
Tərəflər Ermənistan və Ərəb Dövlətlər Liqası arasında əməkdaşlığa dair məsələlərə toxunaraq, erməni və ərəb xalqları arasında qarşılıqlı hörmətə əsaslanan dostluq münasibətlərindən qarşılıqlı məmnunluq ifadə edib.
Nazir Mirzoyan həmsöhbətinə Dağlıq Qarabağın 100 mindən çox erməni əhalisinin evlərindən zorla didərgin salınması nəticəsində yaranmış vəziyyəti və ER hökumətinin atdığı addımları təqdim edib.