Başlıcaİctimaiyyət

Azərbaycanın növəti şərəfsizliyi – Azərbaycan rəsmisi Əliyevə “qadınlara və uşaqlara mehriban münasibətinə” görə Nobel mükafatının verilməsini təklif edib

Azərbaycan hər zaman özünü daha da pis, gülünc vəziyyətə qoyur. Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycanın sözdə “xalq yazıçısı” Çingiz Abdullayev Azərbaycan prezidenti İlham Əliyevin Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsini təklif edib.

O, “Nobel Mükafatına gedən yolda dərslər: Miflər, Çətinliklər, Uğurlar və Çağırışlar” adlı konfransda çıxış edərə, ABŞ-ın keçmiş prezidenti Barak Obama ilə paralellər aparıb.

“Onlar Barak Obamanı heç bir xidmətə görə mükafatlandırdılar. Müharibə zamanı biz dinc əhaliyə, nə qadına, nə də uşaqlara atəş açmamışıq. Bu, prezident İlham Əliyevin siyasətinin nəticəsi idi”, – deyə Ç.Abdullayev vurğulayıb.

Azərbaycan ədəbiyyat xadimi Əliyev siyasətinin nəticəsi kimi çoxsaylı erməni qadın və uşaqların öldürülməsi, köməksiz qocaların zorakılığa məruz qalması faktlarını xatırladırıq. Yeri gəlmişkən, istedadlı Azərbaycan yazıçısı Əkrəm Əylislinin ermənilərlə sırf mehriban qonşuluq yaşaması ehtimalı fikrinə görə Azərbaycan hakimiyyətinin təşkil etdiyi təqibləri də bir daha yada salaq.

Əslində, Əliyevin adı başqa bir konfransda, məsələn, “Haaqa Tribunalına gedən yolda dərslər” konfransında olmalıdır. Əliyevin yolu oraya irəliləyir və sözsüz ki, oraya çatacağı, onun şərikləri və sadiq satrapları isə tarixin zibilliyinə düşəcəklər.

Daha çox göstər
Back to top button