ArtsaxBaşlıcaSiyasət

Fransa Ədalət Məhkəməsinin 17 noyabr qərarını əsas götürür

Fransa səfirliyindən bildirlib ki, Fransa Dağlıq Qarabağdakı vəziyyətlə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli qərarını əsas götürüb.

Xatırladaq ki, BMT Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı müvəqqəti tədbirin tətbiqi ilə bağlı 5-ci iddiasını təsdiqləyib.

Ərizəni Ermənistan sentyabrın 28-də Azərbaycanın Dağlıq Qarabağa hücumundan və ermənilərin öz evlərindən didərgin salınmasından sonra İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya çərçivəsində müzakirə olunan “Ermənistan Azərbaycana qarşı” məhkəmə işində təqdim edib.

Məhkəmə müvəqqəti tədbir tətbiq etməklə Azərbaycanı Dağlıq Qarabağa qayıtmaq istəyənlərin geri qaytarılmasını, o cümlədən oranı tərk etmək istəyənlərin maneəsiz çıxarılmasını, qalanların isə təhlükəsizliyini təmin etməyi məcbur edib. 

Bundan başqa, Beynəlxalq Ədalət Məhkəməsi Bakını ermənilərin öz kimliyinin və xüsusi mülkiyyət hüququnu təsdiq edən bütün sənədləri qroumağa və gələcəkdə onları əsas kimi qəbul etməyə məcbur etdi. Səkkiz həftə ərzində Azərbaycan  üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı hesabat təqdim etməlidir. 

Daha çox göstər
Back to top button