BaşlıcaBeynəlxalq

Nyu-York merinin korrupsiya işində Azərbaycan vətəndaşının da əli var

Federal Təhqiqatlar Bürosunun əməkdaşları Nyu-York meriyasının protokol rəhbəri Rəna Abbasovanın evində axtarış aparıblar. Nyu-York meri Erik Adamsa qarşı istintaq başladılıb. O, seçki kampaniyasını maliyyələşdirmək üçün vəsait toplamaq zamanı korrupsiya sövdələşmələrində şübhəli bilinir. Söhbət xüsusilə evində də axtarış aparılan Türkiyənin hökumət aviaşirkəti “Türk Hava Yolları”nın keçmiş nümayəndəsi Cenk Özal ilə onun arasına şübhəli əlaqələrdən gedir.

Rəna Abbasova eyni zaman Amerika-Azərbaycan Cəmiyyətinin regional ofisinə rəhbərlik edir. Bu “cəmiyyət”ə Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu, ABŞ-ın eks-prezidenti Donald Trampın tikinti biznesi ilə işgüzar əlaqələri olan Anar Məmmədov rəhbərlik edir.

İstintaq zamanı Rəna Abbasova tutduğu vəzifədən uzaqlaşdırılıb. Çox güman ki, o, vəzifəsindən qovulacaq.

Nyu-York meriyasında daxili araşdırma aparılıb, nəticədə Abbasovanın xidməti vəzifələrini yerinə yetirərkən bir sıra qanun pozuntularına yol verdiyi məlum olub və bu barədə artıq hüquq-mühafizə orqanlarına məlumat verilib.

Bakı və Vaşinqton arasında söz savaşı fonunda Nyu-York meri ilə bağlı davam edən təhqiqat, digər məsələlərlə yanaşı, Federal Təhqiqat Bürosunun daha ciddi niyyətlərindən xəbər verə bilər.

Daha çox göstər
Back to top button