BaşlıcaSiyasət

ATƏT-də ABŞ-ın səfiri:  “Moskva etibarlı tərəf deyil”

Son 18 ayda Rusiya heç bir sahədə etibarlı olmadığını isbat etdi. Buhaqda  ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter journalist ilə müsahibəsi zamanı  bildirib.

“Deyəcəyim aşağıdakılardır:

Rusiya son  18 aylar ərzində  heç bir sahədə etibarlı olmadığını isbat etdi. O, öz qonşusu  üzərinə  vəhşicəsinə hücum etdi və  yalnız bu yox. Rusiya müxtəlif beynəlxalq öhdəliklər barədə yalan danışıb və son illər onları dəfələrlə pozub.

Rusiyanın Moldova və Gürcüstanda həmin ölkələrin razılığı olmadan qoşun yeritməsini xatırlatmağa ehtiyac yoxdur.Və bir sıra başqa hadisələr də var  hansıları  mən  vurğulaya bilərəm ki, Moskvanın əslində  danışıqlarda etibarlı tərəf olmadığını  isbat edir”- deyə o bildirib.

Maykl Karpenter digər tərəfdən Moskvanın təhlükə gördüyü və Qərbin Rusiyanı bu regiondan sıxışdırmaq və çıxarmağa  çalışdığı müşahidəsinə cavab verdi.

“Öncə dediyim kimi, ABŞ-ın marağı sabit və davamlı sülh görməkdir. Bu, ədalətli sülh olmalıdır. Təbii ki, bu, hər iki tərəfin maraqlarına əsaslanmalıdır.

Amma son nəticədə biz buna inanırıq. Bu irəliyə aparan yoldur.Görün bu münaqişə nə etdi.İnsanları evlərindən didərgin saldı həm fərdi miqyasda ailələr, həm də bütövlükdə icmalar üçün faciələrə gətirib çıxarır və uzun müddət davam edə biləcək qəzəb yaradır.

Bu, heç kimin marağında deyil.Ona görə də biz bu prosesə əvvəldən həllini tapmaq marağı ilə yanaşmışıq”.

ATƏT-in Minsk Qrupu çərçivəsində hər hansı təmasların olub-olmaması ilə bağlı suala Karpenter belə cavab verib: “Minsk qrupu formatında hər hansı təmaslardan xəbərim yoxdur. Təbii ki, Minsk qrupu tərəflər başqa cür qərar verənə qədər mövcudluğunu davam etdirir. Bununla belə, hal-hazırda heç bir təmaslar yoxdur”.

ABŞ, Rusiya və Avropa Birliyi diplomatlarının sentyabr ayında, Azərbaycanın hücumundan bir neçə gün əvvəl Türkiyədə görüşdüyü barədə Politico-nun xəbərinə istinad edərək, ABŞ-ın ATƏT-dəki səfiri bu görüşün necə olması ilə bağlı suala belə cavab verib:

“Bir sıra görüşlər var idi. Yalan məlumatlara əsaslanan hesabatlarda keçmiş məmurların, analitik mərkəzləri ekspertləri və digərlərinin ikinci istiqaməti adlandırılan müzakirələrdən danışırlar.

Amerika rəsmiləri ilə rusiyalı həmkarlar arasında hər hansı görüşdən xəbərim yoxdur. Milli təhlükəsizlik müşavirimiz Ceyk Sullivan bu məsələdə çox aydın oldu.

Strateji sabitlik kimi mühüm məsələyə gəlincə, biz müzakirələrə hazırıq. Amma hazırda qarşı tərəf, yəni Rusiyanı nəzərdə tuturam, sadəcə olaraq, bu tip mövzulara məsuliyyətlə yanaşmır. Mən deyərdim ki, bunun əksi doğrudur. Ona görə də yaxın gələcəkdə səmərəli müzakirənin aparılması imkanını biz görmürük”.

Daha çox göstər
Back to top button