BaşlıcaSiyasət

Klaar: “Belə bir anlayış var ki, Ermənistan-Azərbaycan nizamlanması “3+3” formatında müzakirə mövzusu olmamalıdır”

Konkret bir fikrim yoxdur, biz öz nöqteyi-nəzərimizdən 3+3 formatında həm sonuncu, həm də əvvəlki görüşləri, şübhəsiz ki, problemləri olan region ölkələrinin qonşular kimi müzakirə edə bildiyi format kimi qiymətləndiririk.

Bu barədə AB-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar jurnalistə müsahibəsində bildirib.

“Eyni zamanda, mən onu da başa düşürəm ki, ən azı əvvəldən belə bir anlayış var idi ki, xüsusən də münaqişə, sülh sazişi, nizamlanma həqiqətən də bu formatda müzakirə mövzusu olmamalıdır.

 Bizim üçün ən önəmlisi irəliləyişdir və hansı platformada daha az əhəmiyyət kəsb edir.Amma biz hesab edirik ki, əslində, bizim fikrimizcə, nizamlanma prosesində ciddi irəliləyiş əldə edə bilməyəcəyimiz üçün heç bir real səbəb yoxdur, çünki masada duran məsələlər var.

Ona görə də biz nə üçün irəli gedə bilməməyimizin, Azərbaycan və Ermənistanın nəyə görə münasibətlərin normallaşdırılması istiqamətində  çox sürətlə irəliləyə bilməməsinin bir səbəbini görmürük” – deyə o bildirib.

Daha çox göstər
Back to top button