Ağır atletika üzrə Ermənistan yığmasının üzvü Qarik Karapetyan gənclər arasında dünya çempionatının qızıl medalçısı olub.
Meksikanın Qvadalaxara şəhərində keçirilən gənclər arasında dünya çempionatında kişilər arasında 102 kq çəki dərəcəsində Karapetyan 175 kq-ı qaldıraraq kiçik qızıl medalçı olub. Qarik Karapetyan 378 kq nəticə ilə gənclər arasında dünya çempionatının çempionu olub.
Bundan əvvəl gənclərdən ibarət milli komandanın heyətində Qor Sahakyan və Aleksandra Qriqoryan qızıl medal qazanıblar.