BaşlıcaSiyasətTəhlil

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırılıb

Fransa əleyhinə aksiya zamanı Yeni Kaledoniyanın paytaxtında Azərbaycan bayrağı qaldırılıb.

APA-nın məlumatına görə, Yeni Kaledoniyanın paytaxtı Noumea şəhərində müstəmləkəçiliyə qarşı etiraz aksiyası keçirilib. Fransa müstəmləkəçiliyinə qarşı etiraz aksiyasında cəmi üç bayraq qaldırılmışdı ki, onlardan biri də Azərbaycan bayrağı idi. Bundan əlavə, aksiya zamanı BMT və Yeni Kaledoniyanın bayraqları qaldırılıb. Kanak Sosialist Milli Azadlıq Cəbhəsinin təşkil etdiyi aksiyada iştirak edənlər Fransanın siyasətinə qarşı şüarlar səsləndirərək müstəqillik tələb ediblər.

Yeni Kaledoniya xüsusi statusa malik Fransanın xaricdəki ərazisidir. Adanın idarəsi Fransa prezidenti tərəfindən təyin olunan komissar tərəfindən həyata keçirilir. Halbuki 11 nazirdən ibarət yerli hökumət, eləcə də 54 deputatdan ibarət parlament var. Pul vahidi Fransanın xarici frankıdır. Yeni Kaledoniyanın Fransa Milli Assambleyası və Senatında öz kvotası var. 2 Milli Assambleyası deputatı və 2 senator yerli əhali tərəfindən seçilir.

Sadə azərbaycanlılar istənilən demokratik ölkənin tərkibində belə “kolonializm” arzu edəcəkdilər.

Daha çox göstər
Back to top button