BaşlıcaSiyasət

Nikol Paşinyan Argentinanın yeni seçilmiş prezidentini təbrik edib və onu Ermənistana səfərə dəvət edib

ER Baş naziri Nikol Paşinyan Xavyer Millaya Argentina Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik məktubu göndərib. 

“Sizi Argentina Respublikasının Prezidenti seçilməsi münasibətilə ürəkdən təbrik edirəm.

Ümid edirəm ki, səlahiyyət müddətiniz ərzində bütün mövcud çağırışları uğurla dəf edərək, siz və sizin siyasi komandanız beynəlxalq arenada Argentina Respublikasının mövqelərini möhkəmləndirə biləcəksiniz, Argentinanın erməni icması isə ölkəni gücləndirməkdə öz töhfəsini verməkdə davam edəcək. 

Bu fürsəti münasib hesab edərək, sizin üçün əlverişli vaxtda Ermənistana rəsmi səfərə dəvət edirəm.

Əminəm ki, ölkələrimiz arasında isti münasibətlərin hələ kəşf edilməmiş böyük potensialı var.

Mən daha iddialı gündəmin qurulmasına və birgə iş vasitəsilə Argentina ilə qarşılıqlı maraq doğuran bütün sahələrdə əlaqələri inkişaf etdirməyə hazır olduğumu bildirirəm”.

Daha çox göstər
Back to top button