BaşlıcaSiyasət

Paşinyan :  “DQ-dan məcburi köçkünlərin emiqrasiyası yoxdur”

Dağlıq Qarabağdan didərgin düşmüş insanların Ermənistandan mühacirəti yoxdur.

Verilən məlumata görə, bu haqda  Baş nazir Nikol Paşinyan hökumət  iclası ərzində  deyib.

“Mən məmnunluq hissi ilə qeyd etməliyəm ki, Ermənistan Respublikasından Dağlıq Qarabağdan didərgin salınmış qardaş və bacılarımızın oxşar axını yoxdur.

Yəni mühacirət fenomenləri yoxdur, çünki ilk günlər kifayət qədər narahatedici sayda gedən adamlar var idi, amma biz ehtimal etdik ki, əksər hallarda insanlar qohumlarının dəvəti ilə xaricə gedib qayıdırlar. Və biz vəziyyətin stabilləşdiyini görürük” – deyə Baş nazir bildirib.

Baş nazirin sözlərinə görə, nə vaxtsa Ermənistan hökumətinin Dağlıq Qarabağdan məcburi köçkünlərə münasibətdə siyasəti Ermənistan Respublikasının vətəndaşlarına münasibətdə olduğu kimi olacaq.

“İdeya ondan ibarətdir ki, rifah əməklə formalaşır” – deyə  Paşinyanqeyd edib.

Daha çox göstər
Back to top button