BaşlıcaSiyasət

ABŞ Ermənistan və Azərbaycan arasında sülh üçün real imkan görür

Vaşinqton Ermənistan və Azərbaycan arasında sülh üçün real fürsət görür və inanır ki,  bütün regionun bundan faydalanacaq.

Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi, səfir Ceyms O`Brayen məlumat verib.

“Biz Azərbaycan və Ermənistan arasında real sülhün mümkünlüyünü görürük. Hər iki tərəfin bir-biri ilə birbaşa və vasitəçilər vasitəsilə əlaqə saxlaması bizi ruhlandırır. 

Bunu nəzərə alaraq, biz bütün regionun faydalana biləcəyi real fürsət görürük. Məsələn, Mərkəzi Asiyadan ticarət axını Azərbaycan və Ermənistan ərazisindən Türkiyəyə getsəydi, bu, həmin ticarət yolunda olan bütün ölkələr üçün əhəmiyyətli təkan olardı.

Əgər bu fürsət onun bir hissəsi olsaydı alqışlayardıq”- deyə o vurğuladı.

O’Brien əlavə edib ki, belə bir yol sülh yolu ilə yaradılmasa, ABŞ fərqli şəkildə irəliləmənin nəticələri barədə xəbərdarlıq edib.

“Eyni zamanda, əgər bunu sülh yolla etməmək barədə qərar qəbul edilərsə, o zaman biz bu cür ticarət yolunun yaradılmasının qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə etməliyik.

Beləliklə, biz tərəflərə nəyi görmək istədiyimizi çox aydın şəkildə söylədik və onlara fərqli şəkildə irəliləmənin nəticələrini söylədik”,- O`Brayen qeyd edib. 

Daha çox göstər
Back to top button