BaşlıcaSiyasət

Blinken və Paşinyan arasında telefon danışığı olub

ABŞ dövlət katibi Entoni Blinken Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı aparıb. Bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller bildirdi.

O qeyd edib ki, Blinken və Paşinyan ABŞ- nin Ermənistan və Azərbaycan arasında möhkəm və ləyaqətli sülh sazişinin əldə edilməsi səylərinə dəstəyini müzakirə ediblər.

“Dövlət katibi Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə ABŞ-nin davamlı dəstəyini təsdiqlədi və ER ilə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə yönəlmiş səyləri vurğuladı. Biz onun firavan və demokratik gələcək qurmaq vizyonunu dəstəkləməyə çalışırıq”,- Miller vurğuladı.

Daha çox göstər
Back to top button