“Elm və biznes günləri” konfransının xüsusi qonağı Nasim Taleb olacaq, sürprizlər gözlənilir
Ermənistanın İqtisadiyyət nazirinin müavini Ani İspiryan Ermənistanda keçiriləcək “Elm və biznes günləri” konfransı haqqında təfərüatlar təqdim etmişdir.
O, Armenpressə verdiyi müsahibəsində xatırlatmışdır ki, ötən ildə konfransın xüsusi qonağı Nobel mükafatının laureatı Artem Pataputyan olmuşdur, bu ildə isə xüsusi qonaq görkəmli alim, filosof və iş adamı Nasim Taleb olacaq.
İspiryan qeyd etmişdir ki, Nasim Talebin işləri, məsələn “Qara qu quşu”, “Antikövrəklik”, ümümdünya bestsellerdirlər.
O bildirmişdir ki, Talebin çıxışından başqa digər maraqlı çıxışlar və panel müzakirələr olacaq. Məsələn “Elmin gücləndirilməsi: elm və biznes arasında körpü” başlığı ilə müzakirə və sairə., sürprizlər də olacaq.
Xatırladaq ki, cari ilin “Elm və biznes günləri 2023” tədbiri Dekabrın 1-2-də Yerevanda keçiriləcək. O alim, tədqiqatçı, iş adamı və investorları birləşdirir.